• DÜNYA

    02:50 19 sentyabr 2019

Moskvada atışma zamanı bir polis ölüb, digəri ağır yaralanıb


Rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı, onu həbs etmək üçün keçirilən əməliyyat zamanı Moskvadakı “Ryazanski Prospekt” metro stansiyası yaxınlığında həmkarlarına atəş açıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, nəticədə bir polis ölüb, digəri isə yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin məlumatına görə, yaralı polis ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR