Moskvada Qələbə Paradında 12 mindən çox hərbçi iştirak edəcək, 190-dan çox hərbi texnika nümayiş olunacaq
  • DÜNYA

  • 06:20 09 May 2021

Moskvada Qələbə Paradında 12 mindən çox hərbçi iştirak edəcək, 190-dan çox hərbi texnika nümayiş olunacaq

Bu gün Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş hərbi paradda 12 mindən çox hərbçi iştirak edəcək, 190-dan çox hərbi texnika, 76 helikopter və təyyarə nümayiş olunacaq.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, paradı Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov idarə edəcək.

Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu hərbi paradın hazırlığı ilə bağlı Rusiya Prezident Vladimir Putinə raport verəcək.

Qeyd edək ki, paradın aparıcısı Anton Suntsov olacaq. 

Dövlət başçısının nitqindən və bir dəqiqəlik sükutdan sonra qoşunların təntənəli yürüşü başlayacaq.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR