Moskvada son sutka ərzində koronavirusdan 32 nəfər dünyasını dəyişib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5286 nəfərə çatıb.
Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 24 nəfər ölmüşdü.