• DÜNYA

    00:19 9 oktyabr 2020

Moskvada son sutkada koronavirusdan 33 nəfər ölüb

Moskvada son sutka ərzində koronavirusdan 33 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5530 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 55 nəfər ölmüşdü.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR