Moskvada son sutka ərzində koronavirusdan 73 nəfər dünyasını dəyişib.
APA RİA Novostiy-ə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 8603 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 75 olub.