Moskvada tələbə yataqxanasında yanğın zamanı 4 nəfər xəsarət alıb
  • DÜNYA

  • 05:23 21 Mart 2020

Moskvada tələbə yataqxanasında yanğın zamanı 4 nəfər xəsarət alıb

 

Moskva Dövlət Qida İstehsalı Universitetinin yataqxanasında yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yataqxananın 60 kvadrat metr sahəsi yanıb. 

Yanğının söndürüldüyü və 4 tələbənin xilas edildiyi bildirilib. 

Panfilov küçəsi, 18 ünvanında yerləşən yataqxananın ikinci mərtəbəsi yanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın faktını təsdiqləyib.

Qeyd edək ki, hazırda yataqxanada 369 tələbə qalır.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR