• DÜNYA

    04:02 24 yanvar 2021

Moskvadakı icazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb.

APA xəbər verir ki, bu barədə komitənin paytaxt üzrə qərargah rəhbərinin baş köməkçisi Yuliya İvanova “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, cinayət işləri “Dövlət məmuruna qarşı güc tətbiq etmə”, "Əmlakın qəsdən məhv edilməsi və ya zərər vurulması” və “Xuliqanlıq” maddələri əsasında qaldırılıb.

İstintaq məlumatına görə, Sretenski bulvarı ərazisində etirazçılar Rusiya Qvardiyasının əməkdaşını vuraraq onu yerə yıxıblar və döyüblər. Həmçinin naməlum şəxslər təhlükəsizlik əməkdaşlarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Bundan başqa, Puşkinskaya meydanında icazəsiz aksiya iştirakçılarından biri OMON əməkdaşını bir neçə dəfə vurub.

Svetnoy bulvarında etirazçılar bir avtomobilin yolunu bağlayaraq, onu zədələyiblər, həmçinin sürücünün üzünə gözyaşardıcı qaz səpiblər.

“İstintaq çoxlu sayda foto və videomateriallar əsasında qeydə alınan qanunazidd hərəkətləri araşdırmağa və təhlil etməyə davam edir, araşdırma nəticələrinə görə icazəsiz aksiyada iştirak edənlərin hərəkətlərinə qiymət veriləcək. Hazırda istintaq hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və aksiyada iştirak edən bütün şəxslərin tutulması istiqamətində bir sıra istintaq hərəkətlərini həyata keçirir”, - deyə İvanova əlavə edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR