• DÜNYA

    08:29 7 aprel 2019

Moskvanın mərkəzində baş vermiş yanğında 2 nəfər ölüb

Moskvanın mərkəzində baş vermiş yanğın zamanı 2 nəfər ölüb, 4 nəfər xilas edilib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin saytında deyilir.

Bildirilir ki, Kropotkino qəsəbəsindəki yaşayış evlərinin birində baş vermiş yanğın barədə məlumat gecə saatlarında daxil olub. Xilasedicilər təxminən 25 kv/m sahəni əhatə edən yanğını söndürüb.

“Xilasetmə əməliyyatı çərçivəsində yuxarı mərtəbədə yaşayan 4 nəfər xilas edilib. Təəssüflər olsun ki, yanğın nəticəsində iki nəfəri xilas etmək mümkün olmayıb”, - məlumatda belə deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR