Moskva polisi şənbə günü şəhərin mərkəzində müxalifətin keçirdiyi icazəsiz aksiyada 136 nəfəri saxlayıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva üzrə Baş idarəsi məlumat yayıb.
“Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada müxtəlif qanun pozuntuları ilə əlaqədar 136 nəfər saxlanılıb”, - hüquq-mühafizə orqanlarının açıqlamasında belə deyilir.
Qeyd edək ki, şəhərin Akademik Saxarov prospektində razılaşdırılmış mitinq-konsertdən sonra etirazçılar icazəsi aksiya keçirib.