Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də məlumat verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilib.
***
15.20
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gələcək.
APA-nın xəbərinə görə, M. Çavuşoğlu sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.
Qeyd edək ki, iclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, müşahidəçi üzv statusuna malik Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini qatılacaq.