İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
ONA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkəni maraqlandıran müxtəlif məsələlər, o cümlədən Türkiyənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ tərəfindən terror qruplaşması elan edilməsinə dair mövqeyi haqqında müzakirələr aparılıb.
Xarici işlər naziri Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb.