Mozambikdə tropik “İday” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 242 nəfərə çatıb.
ONA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ətraf mühit və kənd təsərrüfatı naziri Selsu Korreya açıqlama verib.
Bundan əvvəl 217 nəfərin öldüyü deyilirdi.
S.Korreya qeyd edib ki, fəlakət bölgəsində hələ də təxminən 15 min insan köməksiz vəziyyətdə qalıb.