Mozambikdə “İdai” tropik qasırğası qurbanlarının sayı 468-ə çatıb.
ONA xəbər verir ki, bu barədə “Paisco” nəşri Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İnstitutun açıqlamasına istinadən yayıb.
Mozambikin prezidenti Filipe Nyusi deyib ki, təxminən 795 nəfər təbii fəlakətin nəticələrindən əziyyət çəkib.
Qeyd edək ki, “İdai” tropik qasırğası martın ortaları Afrikanın cənub-şərq sahilində başlayıb və Mozambik, Zimbabve və Malavidə yayılıb. Təbii fəlakət nəticəsində Mozambikin Beyra şəhəri ən çox ziyan çəkib.