• DÜNYA

    12:41 1 aprel 2019

MSK Ukraynada prezident seçkiləri ilə bağlı ikinci turun keçiriləcəyini elan edib

Ukraynada prezident seçkiləri ilə bağlı ikinci turun keçiriləcəyi elan olunub.

ONA-nın “Interfax”-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Yevgeniy Radçenko açıqlama verib. Onun sözlərinə görə, səslərin 60 faizindən çoxu hesablanıb və bu nəticələr səsvermənin ikinci mərhələsinin keçiriləcəyini deməyə əsas verir.

Qanunvericiliyə əsasən seçkilərin ikinci mərhələsi 3 həftə sonra- aprelin 21-də keçiriləcək.

Ötən gün keçirilən prezident seçkiləri ilə bağlı səslərin 65,57 faizi hesablanıb. Nəticələrə əsasən aktyor Vladimir Zelensiy 30, 41 faiz, hazırki prezident Pyotr Poroşenko isə 16,28 faiz səsə toplayıb və onlar ikinci mərhələdə mübarizə aparacaqlar.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR