“Air Zimbabwe” aviaşirkətinə məxsus “Boeing 767” tipli sərnişin təyyarəsinin mühərriklərinin birində yanğın baş verib. Bundan sonra təyyarə CAR-ın Yohannesburq şəhəri yaxınlığındakı Tambo hava limanına məcburi eniş edib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə təyyarənin Yohannesburq-Xarare reysi üzrə uçduğu zaman baş verib.
Ehtimal olunur ki, mühərrikin yanmasına quşla toqquşması səbəb olub.