ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib.
“ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, - Mun Çje İn birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Vaşinqton və Seul Koreya yarımadasının nüvəsizləşdirilməsinin, eləcə də ABŞ-la KXDR arasında münasibətlərin normallaşdırılmasının vacibliyini düşünür.
Ehtimal olunur ki, Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü yaxın saatlarda, ABŞ liderinin Cənubi Koreyaya səfəri başa çatmazdan əvvəl baş tutacaq.