• DÜNYA

    02:58 20 iyun 2019

Naməlum şəxs Ağ Evin ərazisinə soxulmaq istəyib

Vaşinqtonda naməlum kişi Ağ Evin ərazisinə bel çantası atdan sonra binanın ətrafında nəzarət gücləndirilib, giriş-çıxış məhdudlaşdırılıb.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Təhlükəsizlik xidməti “Twitter” vasitəsilə məlumat yayıb.

Bildirilir ki, həmin şəxs bel çantasını atdıqdan sonra velosipedlər üçün nəzərdə tutulmuş parkinq meydançasına keçmək istəyib. Bundan sonra o saxlanılıb.

Saxlanılan şəxsin kimliyi və hadisənin motivi açıqlanmır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR