4 naməlum şəxs Şimali Koreya Xalq Demokratik Respublikasının Malayziyadakı səfirliyinin binasını şüarlarla boyayıb.
ONA xəbər verir ki, bu barədə Kuala Lumpur şəhərinin polis idarəsinin nümayəndəsi Ruslan Xalid jurnalistlərə açıqlamasında bildirib.
Üzlərində maska olan naməlum şəxslər səfirliyin divarında cürbəcür simvollar və “Koreyaya azadlıq” kimi şüarlar yazıblar.
R.Xalid vurğulayıb ki, səfirlik əməkdaşları yazıların üstünü boyayıblar.
Hüquq-mühafizə orqanları araşdırma aparır.