• DÜNYA

    19:15 3 iyul 2022

NASA-nın Aya missiya göndərəcəyi tarix məlum olub

NASA “Artemis 1” Ay missiyasını avqustun sonu-sentyabrın əvvəlində həyata keçirməyi planlaşdırır.

ONA-nın xəbərinə görə, bu barədə “Engadget” NASA-nın Tədqiqatların İnkişafı üzrə Proqramın rəhbərinin müavini Cima Friyə istinadən məlumat yayıb.

NASA artıq Aya uçuşla bağlı “Space Launch System” raketini sınaqdan çıxarıb.

“Artemis 1” missiyasının 23 avqust - 6 sentyabr aralığında həyata keçirilməsi nəzərdə tutulur. Pilotsuz “Orion” modulu mümkün uçuşun insan orqanizminə təsirini tədqiq etmək üçün Ay ətrafında dövr edəcək.

“Artemis 2” missiyası çərçivəsində 4 astronavtın 2025-ci ildən sonra Aya göndərilməsi nəzərdə tutulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR