Rusiya və ABŞ kosmonavtları Beynəlxalq kosmik stansiyasına həm rus həm amerikan idarəolunan gəmilərində birgə uçacaqlar.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, bunu Roskosmosun baş direktoru Dmitriy Roqozin «Soyuz MS-12» gəmisinin BKS-ə birləşməsinə həsr olunmuş mətbuat konfransında bildirib.
Roqozin deyib: “Biz NASA rəhbərliyi ilə əməkdaşlıq prinsiplərinin qorunub saxlanılması haqda razılığa gəldik”.
Bu gecə Rusiyanın «Soyuz MS-12» idarəolunan gəmisi BKS ilə birləşib və yeni kosmonavtlar rusiyalı Aleksey Ovçinin, amerikalılar Nik Heyq və Kristin Koxu Yer hədəqəsinə gətirib. Onlar BKS-də 204 gün qalacaqlar.