• DÜNYA

    18:37 4 dekabr 2019

NATO baş katibi: “Müttəfiqlərin bəzi məsələlərlə bağlı fikir ayrılıqları var”

“Sammit konstruktiv və çox məhsuldar şəraitdə keçirildi. Çox yaxşı atmosfer var idi”. APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasına münasibət bildirən baş katib bildirib ki, bu, Türkiyənin qərarıdır: “Bəzi müttəfiqlər bununla bağlı öz narahatlıqlarını bildiriblər. Mən də bu qərarın nəticələri ilə bağlı öz narahatlığımı bildirmişəm. Onu deyə bilərəm ki, S-400 NATO sisteminə inteqrasiya olmayıb”. Y. Stoltenberq müttəfiqlər arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları olduğunu da qeyd edib: “Unutmamaq lazımdır ki, biz müxtəlif tarixə, coğrafiyaya məxsus olan 29 müttəfiq ölkədən ibarətik. Ona görə, hər hansı məsələlərdə fikir ayrılıqları ola bilər”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR