NATO hərbi komitəsinin rəhbəri Stüart Piç Krımın alyans tərəfindən Rusiya ərazisi kimi tanınmayacağını açıqlayıb.
ONA xəbər verir ki, bu barədə “UNIAN” NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Piç bu açıqlamasını NATO üzvü ölkələrinin baş qərargah rəislərinin Brüsseldə keçirilən iclasında verib. O bildirib ki, təşkilat Krımın qeyri-qanuni zəbt edilməsini tanımaq niyyətində deyil.
“Biz bir daha Rusiyanı Krımı tərk etməyə çağırırıq”, - deyə Piç bildirib.
O, həmçinin NATO adından Rusiyanı Azov dənizindəki insidentdən sonra saxlanılmış ukraynalı dənizçiləri buraxmağa çağırıb.