Gürcüstanda NATO təlimləri başlayıb.
ONA xəbər verir ki, bu gün Müdafiə Nazirliyində açılış mərasimi baş tutub. “NATO-Gürcüstan 2019” təlimləri martın 29-a kimi davam edəcək. Təlimlərə 343 hərbi və mülki heyət qatılacaq.
Hərbi təlimlərin məqsədi Gürcüstan Silahlı Qüvvələrinin idarə və nəzarət imkanlarının gücləndirilməsi və NATO və tərəfdaş ölkələrlə operativ əməkdaşlığı artırmaqdır.