• DÜNYA

    23:31 24 mart 2019

NATO-nun baş katibi Gürcüstana səfər edib

Gürcüstanın baş naziri Mamuka Baxtadze və NATO-nın baş katibi Yens Stoltenberq ölkənin Alyansa inteqrasiyası və bu istiqamətdə əməkdaşlığı müzakirə ediblər.

ONA-nın gürcü mətbuatına istinadən yaydığı xəbərinə görə, Stoltenberq bazar günü axşam Tbilisiyə rəsmi səfərə gəlib.

Mamuka Baxtadze bu səfəri NATO-nun Gürcüstana dəstəyinin göstəricisi olduğunu deyib.

Stoltenberq öz növbəsində Gürcüstanın NATO-ya inteqrasiya yolunda inkişaf etdiini vurğulayıb.

Səfər çərçivəsində NATO-nun baş katibi bir sıra görüşlər keçirəcək və Krtsanisidə keçən “NATO - Georgia Exercise 2019” komanda-qərargah təlimlərində iştirak edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR