“Vaşinqtonda Kapitoliya binasına basqınla əlaqədar bütün məsuliyyət daşıyanların cəzalandırılması vacibdir”.
APA TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Qazvani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Hadisənin qəbuledilməz olduğunu deyən Stoltenberq ABŞ-ın demokratik qurumlarının bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib: "Seçkilərin nəticələrinə hörmət göstərilməlidir. Demokratik dəyərlərimizə hörmət göstərilməsini təmin etmək üçün hər şeyi etməliyik".
Baş Katib əlavə edib ki, NATO-ya çox sadiq olan ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Biden ilə işləmək istəyindədirlər.