• DÜNYA

    08:15 12 iyun 2019

NATO-nun baş katibi Rusiyanın Arktikada gücləndiyini açıqlayıb

NATO-nun baş katibi Yens Stoltenberq İslandiyada keçirilmiş mətbuat konfransında çıxışı zamanı Arktika bölgəsində Rusiyanın hərbi potensialının gücləndiyini açıqlayıb.

ONA “Life”a istinadən xəbər verir ki, belə bir açıqlamanı alyansın mətbuat xidməti dərc edib.

“Biz çalışmalıyıq ki, Uzaq Şimalda gərginliyin aşağı səviyyədə saxlanılması sahəsində işlərimizi davam edək. Buna baxmayaraq, burada çoxlu hərbi gücün iştirakını, xüsusilə də Rusiyanın hərbi potensialının artdığını görürük”, - deyə baş katib bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İslandiya XİN yaydığı açıqlamada Arktika bölgəsində Rusiyanın hərbi potensialının artmasının suallar doğurduğunu bildirmişdi.

Rəsmi Vaşinqton da Rusiyanın bu bölgədə iştirakından çox narahatdır. ABŞ prezidentinin köməkçisi Con Bolton bununla bağlı Rusiya tərəfinə çağırış da edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR