"Nefti silah kimi istifadə edənlər OPEC-in dağılmasına zəmin yaradır". ONA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu sözləri İranın neft naziri Bijan Zangane Tehranda keçirilən konfransda deyib.
"OPEC-i quran iki ölkəyə - Venesuela və İrana qarşı nefti silah kimi istifadə edənlər bu təşkilatın birliyini zədələyir, onun çöküşünə zəmin yaradır. Bunun məsuliyyətini də məhz onlar daşıyır,"- deyə B.Zangane bildirib.
İranlı nazir qeyd edib ki, nefti siyasi vasitə kimi istifadə edənlər bunun nəticələrini də qəbul etməlidir.