• DÜNYA

    19:09 3 noyabr 2019

Nepalda avtobus çaya düşüb, 15 nəfər ölüb

Bu gün Nepalda avtobus çaya düşüb.

ONA-nın xəbərinə görə, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

Paytaxt Katmanduya gələn avtobus Sindxupalçok rayonunda yoldan çıxıb və çaya düşüb. Nəticədə ən azı 15 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6-nın durumu ağırdır.

“DD News” telekanalı ölənlər arasında 8 qadın və 2 uşağın olduğu barədə məlumat yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR