Nepal aeroportunda "Twin Otter" tipli yüngülmotorlu təyyarənin yerdə dayanmış helikopterə çırpılması nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölənlərdən biri təyyarənin pilotu, dikər iki nəfər isə “Manang Air” şirkətinə məxsus helikopterin yanında dayanmış polislər olub.
Təyyarənin göyərtəsində 4 sərnişin və bir stüardessa olub. Hazırda onların həyatları üçün heç bir təhlükə yoxdur.