İsrailin baş naziri Benyamin Netanyahu sədri olduğu “Likud” partiyasının parlament seçkilərində qalib gəldiyini elan edib.
ONA TASS-a istinadən xəbər verir ki, bu haqda Netanyahu "Twitter" səhifəsində yazıb.
O bildirib ki, “Likud”un başçılıq etdiyi sağçılar bloku İsrail vətəndaşlarının rəğbətini qazana bilib. Netanyahu artıq bu gecə yeni hökumətin formalaşdırılmasına başlayacağını bildirib.
Müstəqil "exit-poll"un nəticələrinə görə isə qələbəni “Kaxol-Lavan” adlı müxalifət bloklu qazanıb.