Fevralın 27-də Moskvada İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya Federasiyasının prezidenti Vladimir Putin İranın Suriyadakı fəaliyyətini müzakirə edəcəklər.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bəyan edib.
B.Netanyahunun sözlərinə görə, regionda hadisələrin inkişafı da əsas müzakirə mövzularından olacaq: “Regionda stabilliyi qorumaqdan ötrü Rusiya və İsrail hərbçiləri arasında koordinasiya mexanizminin gücləndirilməsini də müzakirə edəcəyik”.
Baş nazir danışıqların İsrail müdafiə ordusu və İsrail dövləti üçün önəmini də vurğulayıb.