Bu gün səhər İsrail baş naziri Binyamin Netenyahu raket atışı dayandırılana qədər orduya Qəzza sektoruna kütləvi hücum etmək əmri verib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netenyahu bunu bu gün Nazirlər Kabinetinin iclasında açıqlayıb.
Sutka ərzində Qəzza sektorundakı silahlılar 430 raket atıb, İsrail ordusu isə 220 hədəfə zərbə endirib. B. Netenyahu Qəzza sektoru ilə sərhədə əlavə zirehli texnika, artilleriya və hərbçilər göndərmək barədə əmr verib.