“ABŞ-la İran arasında gərginliyin artmasının səbəbkarı Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur. Bu məsələdə bütün məsuliyyət onun üzərinə düşür”.
ONA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin siyasi işlər üzrə sabiq müşaviri Uendi Şerman “New York Times” qəzetində çıxan məqaləsində deyib.
O, məqaləsində Vaşinqtonla Tehran arasında gərginliyin daha da artacağına səbəb olacaq ABŞ-ın son addımlarının - çox sayda hərbi personalın, o cümlədən döyüş texnikalarının Yaxın Şərqdə cəmləşdirilməsinin məhz Boltonun səyi nəticəsində baş verdiyini qeyd edib.
Sabiq müşavir iddia edib ki, Bolton İranla bağlı sabiq prezident Corc Buş dönəmində həyata keçirə bilmədiyi planını Trampın rəhbərliyi altında gerçəkləşdirməyə çalışır.