• DÜNYA

    10:42 6 oktyabr 2019

Niderland Hollandiya adından imtina edib

Niderland hökuməti Hollandiya adından imtina etmək barədə qərar verib.

ONA-nın “Adformatie” portalına istinadən verdiyi məlumata görə, hökumət ölkənin obrazını yeniləmək üçün belə bir qərara gəlib.

Hökumət hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən "Avrovision-2020" Mahnı Müsabiqəsində təbliğ olunacaq. Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Niderland rebrendinqi 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR