Türkiyəyə məxsus "Mozart" adlı gəmi Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb.
APA "NTV"-yə istinadən xəbər verir ki, silahlılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.
Gəmidə olan 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıb.