Ermənistanın baş naziri Nikol Paşinyan öz sürücüsünün qardaşını “Noraqavit” gömrük postunun direktoru təyin edib.
ONA xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
Bildirilir ki, iki həftə öncə N.Paşinyan “Noraqavit” gömrük postunda bayrağı divara söykəyən əməkdaşı işdən qovmağı tapşırmışdı. Bu hadisədən sonra gömrük postunun direktoru da vəzifədən azad edilmişdi.
Qəzetin məlumatına görə, bundan əvvəl sürücünün qardaşı Paşinyanın tapşırığı ilə digər vəzifələr də tutub.