Fizika üzrə Nobel mükafatı laureatı, akademik Jores Alfyorov vəfat edib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 88 yaşlı J. Alfyorov Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
J. Alfyorov 1930-cu il martın 15-də Vitebsk şəhərində anadan olub.
Leninqrad Elektrotexnika İnstitutunun bitirən mərhum akademik 1953-cü ildən SSRİ Elmlər Akademiyasının Abram İoffe adına Fizika-texnika institutunda çalışıb.
Yüksəksürətli optoelektronika üçün heterostruktur yarımkeçicilərin inkişafı uğrunda apardığı tədqiqatlara görə 2000-ci ildə amerikalı Cek Kilbi və Herbert Kremerlə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülüb.
O, 1991-2017-ci illərdə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti olub.