• DÜNYA

    14:16 7 oktyabr 2022

Nobel sülh mükafatının sahibləri məlum olub

Norveçin paytaxtı Osloda 2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

APA Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.

2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs, iki təşkilat olub. Belə ki, Nobel sülh mükafatı belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memorial" insan hüquqları təşkilatına və Ukraynanın "Centre for Civil Liberties" (Vətəndaş Azadlıqları Mərkəzi) təşkilatına verilib.

Nobel Komitəsi laureatlara mükafatın verilmə səbəbini belə izah edib: "Sülh mükafatı laureatları öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər. Onlar uzun illər hakimiyyəti tənqid etmək və vətəndaşların fundamental hüquqlarını qorumaq hüququnu təbliğ ediblər. Onlar müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və səlahiyyətdən sui-istifadə hallarını sənədləşdirmək üçün böyük səy göstəriblər. Onlar birlikdə vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini nümayiş etdirirlər."

Qeyd edək ki, mükafatın ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar “Demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə” bu mükafata layiq görülüblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR