• DÜNYA

    04:52 24 may 2019

Norveç balıqçıları “casus balina” tapıblar

Norveçli balıqçıları qəribə bir hadisə ilə rastlaşıblar.

ONA xarici mediaya istinadla xəbər verir ki, balıqçılar dənizdə üzərinə kamera quraşdırmaq üçün kəmərlər taxılan balina balası aşkar ediblər.

Ehtimal edilib ki, dəniz canlısı yaxınlıqda yerləşən Rusiyaya məxsus Arktika bazalarının birindən qaçmış ola bilər.

Bununla bağlı adı çəkilməyən rusiyalı hərbçi heyvanın casusluq məqsədilə yetişdirilməsi iddiasını qəbul etməsə də, döyüş təlimləri keçən delfinlərin olduğunu etiraf edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR