Norveç qərb sahillərində daha bir gəmi həyəcan siqnalı verib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə yerli “TV2” telekanalı polisə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, həyəcan siqnalı bu dəfə “Captain Hagland” yük gəmisindən gəlib. Güclü qasırğa nəticəsində həmin gəmi dənizin dibinə toxunub və mühərrikləri sıradan çıxıb.
Gəmidə 9 nəfər olub. Onların xilas edilməsi üçün əraziyə iki helicopter göndərilib.
O da bildirilir ki, “Captain Hagland” yük gəmisi də bir qədər əvvəl dənizdə hərəkətsiz vəziyyətdə qalan “Viking Sky” kruiz layneri ilə təxminən eyni yerdə həyəcən siqnalı göndərib.