• DÜNYA

    18:11 21 mart 2019

Norveçdə dünyanın ən böyük sualtı restoranı açılıb

Norveçin cənubundakı Linnesnes yaşayış məntəqəsində dünyada ən böyük sualı restoran açılıb.

ONA-nın “Nettavisen” qəzetinə istinadən verdiyi məlumata görə, restoran “Under” adlandırılıb.

“Under” Norveç dilində “su altında”, “möcüzə” deməkdir. Restoran tədricə su altına enən tuneli xatırladır. Restoranın konstruksiyası güclü dalğaya dözümlüdür. Müştərilər üçün nəzərdə tutulmuş masalar 5,5 m dərinlikdə su altında yerləşir. Bir dəfəyə 40 müştəriyə xidmət edəcək restoranda yerlər bir neçə ay əvvəl sifariş edilib. Hələ 2008-ci ilin fevralında, restoranın açılışına 14 ay qalmış restoran 1,2 min sifariş alıb. Hazırda sifariş verənlərin sayı 7,5 nəfərə çatıb. Hazırda yalnız may-sentyabr ayları üçün yer sifariş etmək olar.

Norveçdə su altında restoran açmaq ideyası Stiqu və Qaute Ubostad qardaşlarına məxsusdur. Restoranın menyusuna 20-ə qədər yemək daxildir. Yeməklər əsasən dəniz məhsullarından ibarət olacaq. Restoranda bir dəfə nahar etmək 200 dollardan baha başa gələcək. Öncədən sifariş vermək üçün isə əlavə 100 dollara yaxın vəsait ödəmək lazımdır.

Qeyd edək ki, hazırda dünyada 16 - Maldiv adalarında 5, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Belçika, Hindistan, Cənubi Afrika Respublikası, Meksika və İspaniyada 1, Çin və ABŞ-da 2 sualtı restoran, restoran-akvarium var.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR