Norveç paytaxtının rayonlarının birində məsciddə silahlı insident olub.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Hazırda hadisə yerində polis araşdırma aparır. İnsidentin təfərrüatları barədə hələlik bir məlumat verilməyib.