• DÜNYA

    03:59 17 aprel 2019

Notr-Dam kilsəsində baş vermiş yanğının ilkin səbəbi açıqlanıb

Parisin ən möhtəşəm tarixi abidəsi olan Notr-Dam kilsəsində baş vermiş yanğını araşdıran kriminalistlər onun səbəbləri barədə ilkin qənaətə gəlib.

ONA-nın “Le Parisien” nəşrinə istinadən verdiyi xəbərə görə, ilkin versiya olaraq yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb kimi göstərilib.

Ancaq bununla belə, yanğının abidənin hansı hissəsindən qaynaqlandığı dəqiqləşdirilməyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR