• DÜNYA

    12:15 18 aprel 2019

Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin fəxri sədri seçilə bilər

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin fəxri sədri vəzifəsini tuta bilər.

ONA-nın xəbərinə görə, bu barədə “Kommersant” məlumat yayıb. Bildirilir ki, bununla bağlı mayın 29-da Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında qərarın qəbul edilməsi gözlənilir.

İclasda Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin prezidentləri iştirak edəcək. Dövlət başçıları birliyin 5 illiyini qeyd edəcək və təşkilatın fəaliyyətini müzakirə edəcəklər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR