Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.
ONA-nın məlumatına görə, bu barədə o, yerli televiziya kanalları vasitəsilə xalqa müraciətində bildirib.
“Mən prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı verdim”, - deyə N.Nazarbayev deyib.
O, 20 mart saat 00:00-dan etibarən Qazaxıstan Prezidenti səlahiyyətlərindən imtina etdiyini bəyan edib və bununla bağlı fərmanı canlı efirdə imzalayıb. Bu, N.Nazarbayevin Qazaxıstan Prezidenti kimi imzaladığı sonuncu fərman olub.
Qeyd edək ki, Nursultan Nazarbayev 1989-cu ildən Qazaxıstana rəhbərlik edirdi. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.
Yeni prezident seçilənə qədər ölkə başçısı səlahiyyətlərini parlamentin sədri Kasım-Jomart Tokayev icra edəcək. O, sabah müvəqqəti prezident kimi and içəcək.