Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi 22 yanvar 2021-ci il tarixində qüvvəyə minəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Nüvə Silahlarının Qadağan Edilməsi Kampaniyası (ICAN) “Twitter” hesabında məlumat yayıb.
Bildirilib ki, Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsi 50 ölkə tərəfindən təsdiqlənib.
Qeyd edək ki, müqaviləni təsdiqləyən son ölkə Honduras dövləti olub.