Nyu-Yorkda polis qanunsuz odlu silah saxlayan şəxsi həbs edib.
ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, o, həmin silahla Tayms-skverdə insident törətməyi planlaşdırıbmış.
Polis tərəfindən saxlanılan 22 yaşlı Aşikul Alam Kuinsdə yaşayırmış. Alam FTB-nin Nyu-York antiterror qrupunun nəzarəti altında olub. Belə ki, iki tapança almaq istəyən 22 yaşlı Alamın saxlanılması üçün sonradan xüsusi əməliyyat keçirilib.