Ukraynanın Odessa şəhər kollecində güclü yanğın baş verib. Nəticədə 29 nəfər xəsarət alıb, onlardan 11-i yeniyetmə, 7-si isə xilasedicidir. Daha 13 nəfər itkin düşüb.
APA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytında bildirilib.
“Hazırda yanğının qarşısının alınmasına və yerləri məlum olmayan şəxslərin axtarışlarına maksimum qüvvə cəlb olunub”, - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Odessa vilayət polisi yanğın zamanı 26 nəfərin yaralandığını, bir nəfərin də xəstəxanada öldüyünü bildirmişdi.
Xilasedicilər yanğını 4 min kvadratmetr ərazidə lokallaşdırıblar. Yanğının söndürülməsinə 120 nəfərlik canlı qüvvə və 20 texnika cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.
Qeyd edək ki, Odessa şəhərinin meri Gennadi Truxanov Odessa İqtisadiyyat, Hüquq və Otel-Restoran İşləri Kollecində baş verən yanğınla əlaqədar 5-6 dekabr tarixlərində matəm elan edilməsi haqqında sərəncam imzalayıb.