• DÜNYA

    04:27 8 dekabr 2019

Odessada kollecdə yanğın zamanı ölənlərin sayı 8 nəfərə çatdı

Ukraynanın Odessa şəhərində kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

APA-nın “İzvestiya” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Maksim Kutsiy şənbə günü “facebook” hesabında yazıb.

Qubernator qeyd edib ki, 8-ci qurban fədakar yanğınsöndürən Sergey Şatoxin olub: “Xəstəxanada komada olan xilasedici Sergey Şatoxin öldü. Kollec tələbələrinin təxliyəsi zamanı o, yüksəklikdən yıxılaraq ağır xəsarət aldı. Həkimlərin üç günlük səyinə baxmayaraq, cəsur xilasedicini həyata qaytarmaq mümkün olmadı. Sergey dəhşətli faciənin səkkizinci qurbanıdır”.

M.Kutsiy vurğulayıb ki, hazırda xilasedicilər dağıntılar altında daha on nəfəri axtarır.

Qeyd edək ki, kollecdə axtarış-xilasetmə işlərinə ümumilikdə 231 nəfər heyət üzvi cəlb edilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR