Ukraynanın Odessa şəhərində şaurmadan kütləvi zəhərlənmə qeydə alınıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu səbəbdən 37 nəfər xəstəxanaya yerləşdirilib.
Yerli "Duma" nəşri Dövlət Qida Təhlükəsizliyi Xidmətinin əməkdaşı Lidia Stepanovaya istinadən yaydığı xəbərdə bildirilir ki, əvvəlcə doqquz nəfər, sonra 21 nəfər, daha sonra isə 37 nəfər şaurmadan zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. Onlara qastroenterokolit diaqznozu qoyulub.
Məlum olub ki, zəhərlənənlərin hamısı şaurmanı “Torqovaya” küçəsindəki eyni satış mərkəzindən alıb. Yoxlama zamanı satış nöqtəsində pozuntular aşkarlanıb.